NEQSOL Academy introduces gamification for further development
NEQSOL Akademiyası e-Learning sahəsində yeni tendensiya olan və bu xidmətlər üçün ən yaxşı təcrübələrdən biri hesab edilən Gamification-u tətbiq edir.
2021-ci ilin fevral ayında NEQSOL Holdinq regionda ilk çoxfunksiyalı və çoxdilli rəqəmsal öyrənmə və qarşılıqlı fəaliyyət platforması olan və holdinq şirkətlərinin 10 000 əməkdaşı üçün nəzərdə tutulmuş NEQSOL Akademiyasını istifadəyə verib. Holdinq Harvard Biznes Məktəbi, MIT Sloan Məktəbi, SkillSoft, RBL İnstitutu, ADA Universiteti və proqramları rəqəmsal platformaya əlavə edilmiş digər təhsil müəssisələri ilə əməkdaşlıq qurub.
Növbəti addım olaraq, NEQSOL Holdinq mütəxəssislər tərəfindən təqdim edilən kurs videoları vasitəsilə işçilərin biznes, texnologiya və yaradıcı peşəkarlıq bacarıqlarının artırılması üçün beynəlxalq onlayn kurs provayderi LinkedIn Learning ilə tərəfdaşlıq elan etdi. “LinkedIn Learning”in məlumatına görə, istifadəçilərin iştirak səviyyəsi dünyada oxşar ölçülü təşkilatlar arasında öndədir.
Oyunlaşdırma(qeymifikasiya) prosesində əldə edilən xallar, nişanlar, səviyyələr və lider cədvəlləri təqdim edilir. Burada əsas ideya tələbələr üçün rəqabət mühiti təmin etməkdir. Belə ki, həmin mühitdə onlar digər Holdinq şirkətləri ilə müqayisədə öz nəticələrini nəzərdən keçirə və onları təkmilləşdirə bilərlər. Tamamlama nişanları və lider cədvəlləri öyrənənlərin əldə etdikləri nailiyyətə dair rəydir.

NEQSOL Holdinqin İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunc deyib: "Nailiyyətlərinin tanınması istəyi insanın təbiətindən irəli gəlir. Biz insanların sertifikat alması və təlimləri başa vurması üçün rəqəmsal mühit yaratdıq. Bu yeni xüsusiyyətlər NEQSOL Akademiyasında "Mükəmməlliyə doğru Səyahət"in bir hissəsidir."
NEQSOL Holdinqin Öyrənmə və İnkişaf üzrə Meneceri Dilarə Cəfərli “Oyunlaşdırma daha cəlbedici və əhatəli öyrənmə təcrübəsi olduğundan, bu, mütləq daha yüksək nəticəyə çevriləcək”.
NEQSOL Akademiyası Holdinq işçilərini uğur qazanmağa sövq etmək və daha yaxşı nəticələr üçün ən son rəqəmsal alətləri təqdim etməyə davam edəcək.