NEQSOL Holding and Education Development Fund announce a scholarship program for female students

06.10.2023

NEQSOL Holdinq və Təhsilin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb. Sənədi NEQSOL Holdinqin Azərbaycan nümayəndəliyinin rəhbəri İmran Əhmədzadə və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar. Anlaşma Memorandumunun məqsədi təhsil sistemini təkmilləşdirmək üçün proqram və layihələr üzrə əməkdaşlıq qurmaq, o cümlədən tələbə qızlar üçün uzunmüddətli təqaüd proqramını yaratmaq və həyata keçirməkdir.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəal addımlarına görə hər iki tərəfə minnətdarlığını bildirib:

"Tərəfdaşlığın effektiv formalarından biri də korporativ sosial məsuliyyət çərçivəsində əməkdaşlıqdır. Əminəm ki, bu əməkdaşlıq müsbət nəticələr verəcək və gələcəkdə yeni layihələr həyata keçiriləcək".

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov NEQSOL Holdinq ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bunu dövlət-özəl tərəfdaşlıq nümunəsi kimi göstərib:

"Bu əməkdaşlıq qızların təhsilinə, eləcə də Təhsilin İnkişafı Fondu tərəfindən təşkil edilən dövlət-universitet-sənaye əməkdaşlığına dəstək verəcək. Bundan əlavə, gələcəkdə digər təşəbbüslərə də dəstək ola bilər."

NEQSOL Holdinqin Azərbaycan nümayəndəliyinin rəhbəri İmran Əhmədzadə təhsil sahəsinin və insan kapitalının inkişafının holdinqin diqqət mərkəzində olduğunu və bu istiqamətdə artıq bir sıra layihələrin uğurla həyata keçirildiyini vurğulayıb:

"Gənc qızların təhsilinə dəstək layihəsi çərçivəsində tələbələr il boyu aylıq təqaüd alacaqlar. Bundan əlavə, onlara müxtəlif imkanlar, o cümlədən təhsil aldıqları sahələr üzrə təcrübə keçmək və mentorluq proqramlarında iştirak etmək imkanı yaradılacaq. Bu layihə onların peşəkar inkişafına, gələcəkdə layiqli işlə təmin olunmalarına və cəmiyyətə dəyərli töhfə verə bilmələrinə imkan yaradacaq ".

2023-2024-cü tədris ili ərzində tələbə qızlar üçün təqaüd proqramı haqqında ətraflı məlumat üçün https://bit.ly/3LIXf3O səhifəsinə daxil olun.

NEQSOL Holdinq enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi üzrə ondan çox ölkədə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur.