NEQSOL Holding announces partnership with global training provider O'Reilly

25.05.2023

NEQSOL Holdinq şirkətin rəqəmsal öyrənmə platforması olan NEQSOL Akademiyası vasitəsilə dünya miqyasında tanınmış texniki təlim resursları təminatçısı O'Reilly ilə yeni əməkdaşlıq elan edir.

Tərəfdaşlığın məqsədi NEQSOL Holdinqin əməkdaşlarının texnoloji bacarıqlarını artırmaq, onların sürətlə inkişaf edən biznes mühitində davamlı bilik və təcrübə ilə təchiz olunmasını təmin etməkdir.

Bu tərəfdaşlıq çərçivəsində, NEQSOL Holdinq əməkdaşları O'Reilly-nin 50000-dən çox e-kitabı, video materialı, eləcə də proqram təminatının işlənib hazırlanması, data analizi və liderlik kimi müxtəlif mövzuları əhatə edən onlayn kurslarına çıxış əldə edəcəklər. Bundan əlavə, O'Reilly AWS, Google Cloud və Microsoft Azure kimi sertifikatların alınmasında işçilərə dəstək olmaq üçün xüsusi hazırlıq kursları təklif edir.

"İşçilərimizə yüksək keyfiyyətli onlayn təlim resurslarına çıxışı təmin etmək üçün O'Reilly ilə əməkdaşlıq etməkdən məmnunuq. İşçilərimiz bizim ən dəyərli varlığımızdır və biz onların təliminə və inkişafına sərmayə qoymaq öhdəliyimizə sadiqik. O'Reilly ilə bu strateji tərəfdaşlıq sayəsində əməkdaşlarımızın texnoloji bacarıqlarını artırmaq və karyera inkişafı mümkün olacaq. Meriç Tunc, NEQSOL Holdinqin İnsan Kapitalı üzrə Baş Direktoru bildirib.

O'Reilly sürətlə dəyişən dünyada inkişafa kömək edən beynəlxalq səviyyəli onlayn öyrənmə platformasıdır. Platforma geniş mövzuları əhatə edən interaktiv və fərdiləşdirilmiş öyrənmə imkanlarını təmin edən canlı onlayn təlimlər, kitablar, videolar, rəsmi sertifikat hazırlığı materialları və proqram vasitələri təklif edir.

NEQSOL Holdinq enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti kimi sahələrdə doqquz ölkədə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur.