NEQSOL Holding delivered Strategic HR Business Partner Program for HR professionals
NEQSOL Holdinq İR mütəxəssislərinin strateji təsirini artırmaq və daha yaxşı performans və nəticələr əldə etmək üçün hərtərəfli Strateji İR Biznes Tərəfdaşlığı Proqramını həyata keçirmişdir. Proqram Amerika konsaltinq və inkişaf şirkəti olan RBL Group ilə tərəfdaşlıq əsasında həyata keçirilib və qrup şirkətlərindən olan 40 İR mütəxəssisi cəlb edilib.
Məqsəd aidiyyatı tərəflərin ehtiyaclarına daha yaxşı cavab vermək üçün kadrları, liderliyi və təşkilati bacarıqları inkişaf etdirməklə İR mütəxəssislərinin dəyər yarada bilməsini təmin etməkdir. Kurs zamanı iştirakçılar RBL Qrupu tərəfindən Miçiqan Universitetinin Ross Biznes Məktəbi ilə birgə hazırlanmış İnsan Resursları Bacarıqları Modelini təcrübədən keçiriblər.
"Daimi təkmilləşmə və dəyişikliklərlə ayaqlaşmaq günümüzün mürəkkəb və rəqabətli qlobal biznes mühitində mühüm əhəmiyyət kəsb edir. Buna görə də, biz əminik ki, öz işçilərinin inkişafına sərmayə qoyan şirkət öz uğurunu təmin edir. Bu proqram İR mütəxəssislərimizin peşəkar bacarıqlarının inkişafına kömək etdi və mən inanıram ki, komandalarımız tezliklə bu peşəkar dəyişiklikdən bəhrələnəcəklər", deyə NEQSOL Holdinqin İnsan Kapitalı üzrə Baş Direktoru MericTunc bildirib.
Virtual məzuniyyət mərasimində, Miçiqan Universitetinin Ross Biznes Məktəbinin professoru və RBL Qrupunun tərəfdaşı Deyv Ulriç proqram iştirakçılarını salamladı və səyahətin yeni başlandığını qeyd etdi. NEQSOL Akademiyası platformasında proqramın virtual versiyası İR mütəxəssisləri üçün mövcuddur.
“NEQSOL Holdinqin İR mütəxəssislərinin dəyər yaratmaq üçün lazımi bilik, bacarıq və alətlərlə təchiz edilməsi İR Akademiyasında bizim əsas vəzifəmiz idi” deyərək, o, əlavə edib ki, Holdinq insan kapitalının şirkətin uğurunda rolu ilə bağlı regionda ön sıradadır.
NEQSOL Holdinq enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti kimi sahələrdə səkkiz ölkədə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur. Qrup insan kapitalını ən vacib vəsaiti hesab edərək dünya üzrə 10 000-dən çox işçidən ibarət peşəkar komandaya malikdir.