NEQSOL Holding Hosts AI Event to Advance Strategic Vision

23.04.2025

NEQSOL Holdinq bu yaxınlarda Bakıda qrup şirkətlərinin yüksək səviyyəli rəhbərlərini və menecerlərini bir araya gətirən Süni İntellekt tədbiri keçirdi. Tədbirdə tanınmış süni intellekt mütəxəssisi və futuroloq Endryu Qrill iştirak edib və süni intellekt vasitəsilə böyümənin təmin edilməsi, səmərəliliyin artırılmasına və NEQSOL Holdinqin 2025-ci il üçün strateji baxışı kimi məsələlər əhatə olunub.

Liderlik Səyahəti Proqramının (LSP) Məzunları üçün xüsusi olaraq təşkil edilən tədbir son TopEx Toplantısının nəticələrinə əsaslanırdı və liderlərin uyğunluğunun artırılması və LSP icmasının gücləndirilməsi məqsədi daşıyırdı.

Proqram çərçivəsində Endryu Qrill süni intellektin müəssisənin böyüməsini, innovasiyanı və liderlik hazırlığını necə dəyişdirdiyi barədə fikirlərini bölüşdü. O, həmçinin praktik süni intellektdən istifadə hallarının müəyyənləşdirilməsinə və daxili imkanların gücləndirilməsinə yönəlmiş interaktiv seminara rəhbərlik etmişdir.

NEQSOL Holdinqin sədri Yusif Cabbarov deyib: "Bu tədbir bizim rəhbər komandamıza süni intellektin strateji potensialı anlayışını aşılamaq üçün mühüm addım idi. NEQSOL Holdinq olaraq, biz səmərəliliyi artırmaq və bütün fəaliyyətlərimizdə uzunmüddətli dəyər yaratmaq üçün süni intellekti transformasiyanın əsas hərəkətverici qüvvəsi hesab edirik."

"Bizim süni intellekt səyahətimizin bu mərhələsində Endryu Qril tərəfindən təqdim edilən məlumatlar xüsusilə vacid idi. Biz artıq Sİ-ni öz biznesimizə inteqrasiya etməyə başlamışıq və bu dialoq bizə fikirləri yenidən nəzərdən keçirmək, cəsarətli ideyaları üzə çıxarmaq üçün kömək etdi", - Holdinqin rəhbəri İmran Əhmədzadə əlavə edib.

NEQSOL Holdinqin qrup şirkətlərinin yüksək səviyyəli rəhbərləri süni intellektin müxtəlif sektorlar üzrə artan təsirini vurğulayaraq, onun səmərəliliyin artırılmasında, istifadəçi təcrübələrinin daha da təkmilləşdirilməsində və yeni imkanların açılmasında rolunu qeyd ediblər. Onlar qeyd ediblər ki, süni intellekt əməliyyatları sadələşdirməyə, davamlı təcrübələri dəstəkləməyə və həm proseslərdə, həm də texnologiyalarda innovasiyaları təşviq etməyə kömək edir.

İnsan kapitalından bəhs edən NEQSOL Holdinqin İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunc dedi: "Sİ insan kapitalının qurulmasını və dəstəklənməsini yenidən formalaşdırır. Onu istedadlı kadrların idarə edilməsi, strateji planlaşdırma və bacarıqların artırılması kimi sahələrdə tətbiq etməklə biz daha çevik, əhatəli və yüksək performanslı təşkilat yaradırıq və uzunmüddətli inkişafa və texnologiyaya hazır oluruq".

Tədbir süni intellektlə bağlı NEQSOL Holdinqin gündəliyində olan məsələləri dəstəkləyir, biznesdə məlumatlılığı və hazırlıqlı olmağı təşviq edir. Şirkət sürətlə inkişaf edən bazara uyğunlaşdığı üçün Sİ onun yeniliklərə və uzunmüddətli dəyərə fokuslanmasını təmin edir.