NEQSOL Holding hosts study abroad masterclass for key scholarship program

29.05.2024

NEQSOL Holdinq Bakıda “Parla” adlı təhsilə dəstək proqramının qalibləri üçün xaricdə təhsil üzrə master-klas təşkil edib.

Holdinq Azərbaycan-Böyük Britaniya Məzunları Assosiasiyası (AUKAA) və 2019-2023-cü illərdə Xaricdə Təhsil üzrə Dövlət Proqramının İcra Qrupu ilə birlikdə, Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirdiyi Parla proqramı üzrə təhsil alan tələbələrə 25 may 2024-cü il tarixində Bakı şəhərində master-klas təşkil edib.

Keçən il Parla təqaüd proqramının 50 qadın benefisiarı 674 ərizəçi arasından seçilmişdir. Onların təhsilindəki uğurları, eləcə də iqtisadi durumu nəzərə alınıb. Seçilmiş tələbələr aylıq ödənişlərdən faydalanırlar. Bundan əlavə, NEQSOL Holdinq NEQSOL Akademiyası vasitəsilə tələbə qızlara təcrübə, mentorluq, ən yaxşı qlobal universitet proqramlarına çıxış və LinkedIn Öyrənmə alətləri kimi geniş proqramlar dəsti təklif edir.

Tədbirin məqsədi Parla tələbələrini Böyük Britaniyada təhsil imkanları və xaricdə təhsil almaq üçün Dövlət Proqramı ilə tanış etmək olub. Tədbirdə AUKAA-nın sədri Sabir Məmmədov, 2019-2023-cü illərdə xaricdə təhsil üzrə Dövlət Proqramının İcraçı Qrupunun nümayəndəsi Aygül İsmayılova, AUKAA-nın Direktorlar Şurasının sədr müavini Nərmin Bağırzadə, AUKAA-nın Direktorlar Şurasının üzvü Bayramayev, AUKKA Direktorlar Şurasının üzvü Aslan Mirzəyev və Xaricdə Təhsil üzrə mütəxəssis Nigar Bayramlı Böyük Britaniyada həyat və təhsil eləcə də xaricdə təhsil proqramının üstünlükləri barədə danışıblar. Nərmin Bağırzadə xaricdə təhsillə bağlı öz təcrübəsini və qarşılaşdığı çətinlikləri tələbələrlə bölüşüb. Onların çıxışı sual-cavabla davam etdirilib.

NEQSOL Holdinq telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar kimi sahələrdə 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.