NEQSOL Holding launched the Leadership Journey Program for its senior managers
NEQSOL Holdinq yüksək səviyyəli menecerlərin inkişafı və liderlik bacarıqlarınıı təkmilləşdirilməsi üçün Liderlik Səyahəti Proqramına start verdi.
Holdinqin rəqabət üstünlüyünü qoruyub saxlaması və daha böyük uğur əldə etməsi üçün həyata keçirilən bu proqram nüfuzlu onlayn öyrənmə həlləri təminatçısı olan CrossKnowledge tərəfindən təqdim edilən fərdi təlimlər, qrup kouçinqi və rəqəmsal öyrənmə kimi üç hibrid moduldan ibarətdir. Proqram iştirakçıları NEQSOL Akademiyası platforması vasitəsilə rəqəmsal öyrənmə mütəxəssislərinin eksklüziv məzmununa çıxış əldə edəcəklər. NEQSOL Holdinq-in 155 lideri Liderlik Səyahəti Proqramından faydalanacaq.
NEQSOL Holdinqin İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunc deyib:
"NEQSOL Holdinqin liderləri biznes və mədəniyyətlər arasında körpü yaratmaq üçün birlikdə çalışırlar ki, bu da indi hər zaman olduğundan daha vacibdir. Biz əminik ki, Liderlik Səyahəti proqramımız Holdinq daxilində uyğunlaşma və vəhdəti daha da gücləndirməyə imkan verəcək."
NEQSOL Holdinq enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti kimi sahələrdə səkkiz ölkədə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur.