NEQSOL Holding Launches Parla Scholarship in cooperation with Education Development Fund

01.03.2023

NEQSOL Holdinq Təhsilin İnkişafı Fondu ilə birlikdə Parla adlı kompleks proqram həyata keçirir və Azərbaycanda universitet tələbəsi olan 50 qıza təqaüd verir.

NEQSOL Holdinq tərəfindən yaradılmış Parla təqaüd proqramının 50 uğurlu benefisiarı keçən il tərəfdaşların birlikdə müəyyən etdiyi meyarlar əsasında 674 ərizəçi arasından seçilmişlər. Onların təhsilindəki uğurları, eləcə də iqtisadi vəziyyəti nəzərə alınıb. Seçilmiş tələbələr məzun olacaqları tarixə qədər hesablarına yatırılan aylıq ödənişlərdən faydalanacaqlar. Bundan əlavə, NEQSOL Holding tələbə qızlara təcrübə, mentorluq, ən yaxşı qlobal universitet proqramlarına çıxış və NEQSOL Akademiyası vasitəsilə LinkedIn öyrənmə alətləri kimi geniş proqramlar dəsti təklif edir.

Tədbirdə çıxış edən NEQSOL Holding Azərbaycan-ın rəhbəri İmran Əhmədzadə bildirib ki, təhsilə dəstək holdinqin Korporativ Təsir strategiyasının mühüm tərkib hissəsidir, inklüzivlik isə, holdinqin əsas dəyərlərindəndir. İmran Əhmədzadə proqramın tərcümədə “Parlamaq” mənasını verən adına toxunaraq deyib:

"Sizdən gözlədiyimiz tək bir şey var: parlaq olun! Tam potensialınızı ortaya qoyun. Güclü, yüksək təhsilli və yeni çağırışlara hazır olun. O qədər parlaq olun ki, digər gənc qızların yolunu işıqlandıra biləsiniz. Sadəcə parlayın! Bu yolda sizə dəstək olacağıq ".

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu proqramı tələbə qızlar üçün özəl-dövlət tərəfdaşlığının uğurlu nümunəsi kimi dəyərləndirib. Onların şəxsi və peşəkar bacarıqlarının inkişafı üçün nəzərdə tutulmuş xüsusi proqramdan bəhs edən cənab Nəsibov deyib:

“Parla proqramının dəstəyi ilə tələbə qızlar Universitet illərində daha yaxşı oxumaqla yanaşı, əmək bazarında daha hazırlıqlı şəkildə iştirak edə bilərlər”.

Benefisiarların və digər qonaqların iştirak etdiyi tədbirdə təhsil və işə qəbul üzrə məsləhətçilər, digər ölkələrdə oxşar proqramlar həyata keçirən fondların nümayəndələri də çıxış ediblər.

NEQSOL Holdinq telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar kimi sahələrdə 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

NEQSOL Holding Launches Parla Scholarship in cooperation with Education Development Fund
NEQSOL Holding Launches Parla Scholarship in cooperation with Education Development Fund
NEQSOL Holding Launches Parla Scholarship in cooperation with Education Development Fund