NEQSOL Holding PARLA Gənc Qızların Təhsilinə də İnkişafına Dəstək Təqaüd Proqramının üçüncü kohortuna start verdi
NEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən PARLA Gənc Qızların Təhsilinə də İnkişafına Dəstək Təqaüd Proqramının üçüncü kohortuna rəsmi olaraq start verib. Yeni kohorta 50 istedadlı qadın universitet tələbəsi qoşulub və bununla da PARLA icması daha da genişlənərək proqramın gələcək qadın liderlərin inkişafına verdiyi töhfəni gücləndirib.
Yarandığı gündən etibarən PARLA Proqramı ümumilikdə 150 qadın tələbəyə dəstək göstərərək onların akademik, şəxsi və peşəkar inkişafı üçün mühüm imkanlar yaradıb. Bu günə qədər 41 iştirakçı proqramın inkişaf mərhələsini uğurla tamamlayıb və onların bir çoxu təcrübə proqramları və tamştat iş imkanları vasitəsilə peşəkar fəaliyyətlərini davam etdirirlər.
İştirakçılara universitet təhsili müddətində hərtərəfli dəstək göstərmək məqsədilə hazırlanmış proqram məzun olana qədər aylıq maliyyə dəstəyi təqdim edir və eyni zamanda onları getdikcə daha rəqabətli və dinamik mühitdə uğur qazanmaq üçün lazım olan bilik, bacarıq və təcrübələrlə təmin edir. İştirakçılar ingilis dili və IELTS hazırlığı, liderlik və yumşaq bacarıqlar üzrə təlimlər, mentorluq imkanları, NEQSOL Holding şirkətlərində təcrübə proqramları və NEQSOL Academy vasitəsilə rəqəmsal öyrənmə resurslarına çıxışdan ibarət strukturlaşdırılmış inkişaf yolundan faydalanırlar.
Maliyyə dəstəyini məqsədyönlü inkişaf imkanları ilə birləşdirən PARLA Proqramı istedadlı gənc qadınların potensiallarını reallaşdırmalarına, özünəinamlarını artırmalarına və müxtəlif sahələrdə uğurlu karyera qurmağa hazırlaşmalarına kömək etməyi hədəfləyir.
NEQSOL Academy PARLA Təqaüd və İnkişaf Proqramı vasitəsilə gələcəyin peşəkarları, innovatorları və liderlərindən ibarət dinamik bir icmanın formalaşmasına töhfə verməkdən qürur duyur. Fürsət bərabərliyi, inklüzivlik və davamlı inkişaf prinsiplərinə əsaslanan proqram gənc qadınların öz gələcəklərini inamla formalaşdırmalarına dəstək göstərərək əhəmiyyətli təsir yaratmağa davam edir.