NEQSOL Holding provides next training for Parla scholarship program

23.05.2024

NEQSOL Holdinq təhsil və peşəkar inkişafın təşviq edilməsi öhdəliyi çərçivəsində bu yaxınlarda “Parla” təqaüd proqramının iştirakçıları üçün “Ünsiyyət bacarıqları” mövzusunda təlim keçirmişdir.

Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Parla” təşəbbüsü universitet tələbələrini dəstəkləmək və inkişaf etdirmək, onları peşəkar karyeraya hazırlamaq məqsədi daşıyır. Parla təqaüd proqramının 50 uğurlu qadın benefisiarı keçən il tərəfdaşlar tərəfindən müəyyən edilmiş meyarlar əsasında 674 ərizəçinin arasından seçilmişdir.

Daxili təlimçinin rəhbərlik etdiyi “Ünsiyyət bacarıqları” təlimi emosional intellekt, liderlik və effektiv ünsiyyət təcrübələri kimi aspektlər daxil olmaqla, ünsiyyət bacarıqlarının inkişafını hədəfə alır. Bu bacarıqlar həm şəxsi, həm də peşəkar inkişaf üçün vacibdir, tələbələri karyeralarında və ondan kənarda uğur qazanmaq üçün lazım olan vasitələrlə təchiz edir.

Bu yaxınlarda keçirilən təlimə reaksiya çox müsbət oldu, bir çox tələbə şəxsi və sosial bacarıqlara diqqəti yüksək qiymətləndirdi. "Emosional intellekt və liderlik haqqında bu təlimdən əldə edilən fikirlər və biliklər akademik və peşəkar məqsədlərimizə nail olmaqda bizə çox kömək edəcək" deyə tələbələrdən biri şərh edib. "Təhsil aldığımız müddətdə belə güclü dəstəyin verilməsi bizdə əminlik yaradır."

NEQSOL Holdinq bu tələbələrə təqaüdlər, mentorluq imkanları, təcrübə və Enocta Premium Kataloqu, Skillsoft və ADA Universitetinin kursları daxil olmaqla, NEQSOL Akademiyası vasitəsilə beynəlxalq təhsil resurslarına çıxışı təmin edir. “Parla” proqramının iştirakçıları onlayn öyrənmə ilə yanaşı, artıq Roof Academic Training ilə birlikdə ingilis dili və IELTS hazırlıq dərslərinə başlayıblar.

NEQSOL Holdinq bu dəstəyi davam etdirməyi hədəfləyir, gələcəkdə daha çox təlimlər və ustad dərsləri(master-klaslar) təqdim etməyi planlaşdırır və bununla da Parla təqaüdçülərinin yeni karyera çağırışlarına qarşı hazırlıqlı olmasını təmin edir.

NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar kimi sahələrdə 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

NEQSOL Holding provides next training for Parla scholarship program
NEQSOL Holding provides next training for Parla scholarship program
NEQSOL Holding provides next training for Parla scholarship program