NEQSOL Holding 2025 Brandon Hall Group HCM Excellence Awards çərçivəsində Leadership Journey Program məzunları təşəbbüsünə görə Qızıl Mükafat qazanır

04.09.2025

NEQSOL Holding öz liderlik inkişaf təşəbbüslərinin beynəlxalq səviyyədə bir daha tanınmasından qürur duyur. Qrup, Leadership Journey Program (LJP) Alumni təşəbbüsünün təsirini qiymətləndirən 2025 Brandon Hall Group HCM Excellence Awards çərçivəsində Qızıl Mükafata layiq görülüb.

Liderlik Təsirinin Məzunlar Şəbəkəsi vasitəsilə Davamlı Gücləndirilməsi

Liderlik proqramlarının faydasını genişləndirmək məqsədilə NEQSOL Holding 2023-cü ildə Leadership Journey Program Alumni Association (Məzunlar Assosiasiyası) təşəbbüsünü istifadəyə verib. Bu assosiasiya LJP məzunlarının formal inkişaf proqramından sonra da əlaqədə qalmasını təmin edərək paylaşılan liderlik, hesabatlılıq və davamlı öyrənmə mədəniyyətini gücləndirir.

Məzunlar Assosiasiyası vasitəsilə üzvlər:

  • Peşəkar bilik və təcrübələrini paylaşır və əlaqədə qalırlar
  • Təşkilat daxilində yeni liderlərin inkişafına mentorluq edirlər
  • Şəbəkələşmə sessiyaları, seminarlar və şirkətlərarası təşəbbüslərdə iştirak edirlər
  • İnnovativ ideyalar yaradır və təşkilati təsiri gücləndirirlər

Bu təşəbbüs liderlik təcrübələrinin biznesdəki yeni çağırışlarla ayaqlaşmasını təmin edir və təcrübə, əməkdaşlıq və innovasiyanın inkişaf etdiyi mühit yaradır.

Liderlik İnkişafında Tanınmış Mükəmməllik

LJP Alumni təşəbbüsünün Qızıl Mükafata layiq görülməsi NEQSOL Holding-in davamlı inkişafı təmin edən, təşkilatın və onun ekosisteminin gələcəyini formalaşdıran güclü liderlər yetişdirməyə sadiqliyini vurğulayır.

Qrup bu nüfuzlu tanınmaya görə Brandon Hall Group və müstəqil münsiflər heyətinə, həmçinin bu nailiyyətin əldə olunmasına töhfə verən bütün tərəfdaşlara dərin minnətdarlığını bildirir.

NEQSOL Holding liderlik mükəmməlliyini inkişaf etdirməyə, davamlı öyrənməni təşviq etməyə və karyeralarının hər mərhələsində liderləri ruhlandıran, öyrədən və inkişaf etdirən imkanlar yaratmağa sadiq qalır.

NEQSOL Holding 2025 Brandon Hall Group HCM Excellence Awards cercivesinde Leadership Journey Program mezunlari tesebbusune gore Qizil Mukafat qazanir