NEQSOL Holding’s senior managers successfully completed Leadership Journey Program
NEQSOL Holdinq-in 55 baş meneceri liderlik bacarıqlarının inkişaf etdirilməsində və təkmilləşdirilməsində liderləri dəstəkləmək və həvəsləndirmək məqsədi daşıyan bir illik Liderlik Səyahəti Proqramını uğurla başa vurdu.
İl ərzində Liderlik Səyahəti Proqramının iştirakçıları üzbəüz təlimlərdə və qrup kouçinq seanslarında iştirak etmiş, həmçinin holdinqin NEQSOL Akademiyası rəqəmsal təlim və qarşılıqlı fəaliyyət platforması vasitəsilə liderlik üzrə ekspertlərin eksklüziv materiallarından faydalanmışlar.
"Liderlik potensialının inkişafı NEQSOL Holdinq-in strategiyasının və inkişafının mühüm hissəsidir. Bu istiqamətdə biz NEQSOL Akademiyasının imkanlarından istifadə edərək Liderliyin İnkişafı Proqramlarına üstünlük veririk. Komandanın liderlik bacarıqlarının daha da gücləndirilməsi holdinqin gələcək inkişafı üçün yeni imkanlar yaradır", - deyə NEQSOL Holdinq-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunc bildirib.
Liderlik Səyahəti Proqramı onun məzmununu zənginləşdirməyə və rəqəmsal olaraq təkmilləşdirməyə kömək edən tanınmış K2C Konsaltinq və CrossKnowledge şirkətləri ilə birgə həyata keçirilir. Ümumilikdə proqramda Holdinqin müxtəlif ölkələr və sənayelər üzrə 250 menecerinin iştirakı gözlənilir.
NEQSOL Holdinq enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi üzrə səkkiz ölkədə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur.