NEQSOL Holding starts partnership with Udemy Business

28.03.2024

NEQSOL Holdinq öz işçilərinin Udemy bacarıqların inkişaf etdirilməsi məzmununa çıxış əldə etməsi üçün Udemy Business ilə tərəfdaşlığa başlamışdır. Holdinqin rəqəmsal öyrənmə platforması olan NEQSOL Akademiyası onlayn Udemy Business platforması çərçivəsində ekspert müəllimlər tərəfindən təklif olunan 25 000 kursa korporativ giriş imkanı verəcək. Biznes, dizayn, İT, musiqi, sağlamlıq və şəxsi inkişaf kimi kateqoriyalara əlavə olaraq, Udemy karyera yüksəlişi, şəxsi və peşəkar inkişafa kömək etmək üçün unikal təkmilləşdirmə imkanları təklif edir.

NEQSOL Akademiyası müxtəlif ölkələrdə fəaliyyət göstərən NEQSOL Holdinq şirkətlərinin 10000-dən çox əməkdaşına bütün rəqəmsal öyrənmə fəaliyyətlərini bir mənbədən idarə etmək imkanı verən altı ayrı dildə geniş məzmun təklif edir.

NEQSOL Akademiyası həmçinin öz işçilərinin PMI, ISACA, ORACLE, SHRM və Six Sigma kimi 16000-dən çox onlayn Öyrənmə kurslarına və peşəkar sertifikatlaşdırma imkanlarına çıxışın təmin etmək üçün LinkedIn ilə əməkdaşlıq edir. 2023-cü ildə NEQSOL Holdinq texniki təlim və öyrənmə resurslarının dünya miqyasında tanınmış təchizatçısı olan O'Reilly ilə yeni tərəfdaşlığa başladı. Bu əməkdaşlıq sayəsində NEQSOL işçiləri O'Reilly-nin 50000-dən çox e-kitabı, video materialları, eləcə də proqram təminatının işlənib hazırlanması, data analizi və liderlik kimi müxtəlif mövzuları əhatə edən onlayn kursların yer aldığı geniş kitabxanasına daxil olmaq imkanı verir.

NEQSOL Akademiyasının təlim portfelinə həmçinin Harvard Biznes Məktəbi və Massaçusets Texnologiya İnstitutunun (MIT) Sloan Məktəbinin yüksək səviyyəli təhsil resursları daxildir. Bundan əlavə, Akademiya Crossknowledge, RBL Group və Skillsoft ilə oxşar tərəfdaşlıqlara malikdir.

NEQSOL Holdinq telekommunikasiya, enerji, tikinti və yüksək texnologiya kimi sahələrdə 11 ölkədə 12 000-dən çox işçisi olan beynəlxalq şirkətlər qrupudur.