NEQSOL Holding wins Brandon Hall Group Excellence Award for achievements in human capital management

24.08.2021

NEQSOL Holdinq Gələcək üçün Kadrların Hazırlanması və Karyera İdarəetməsi sahəsində mükəmməlliyə görə nüfuzlu Brandon Hall Group Gümüş Mükafatını qazanmışdır. NEQSOL Holdinq bu mükafatı rəhbər komanda üçün dəyərli, konstruktiv karyera inkişafı imkanları yaradan, holdinqin strateji ambisiyalarına nail olmaq üçün mühüm kadrları təmin edən Gələcək üçün Kadrların Hazırlanması Programına (SRP) görə alıb. Holdinq 19 avqust 2021-ci il tarixində təltif olunub.

Brandon Hall Group İKİE Mükəmməllik Mükafatı Öyrənmə və İnkişaf, İstedadlı kadrların İdarə Edilməsi, Liderliyin İnkişafı, İstedadlı kadrların əldə edilməsi, İnsan Resursları, Satış Performansı, Müxtəliflik, İnklüzivlik və İşin Gələcəyi kimi sahələrdə diqqətəlayiq işləri tanıyır. NEQSOL Holdinq SRP unikal fərdiləşdirmə imkanına və beynəlxalq holdinqin törəmə şirkətləri arasında vəhdət yaratmaq qabiliyyətinə görə təltif olunub. Proqram şirkətin ehtiyacları üçün planları qiymətləndirir, eyni zamanda uyğunlaşdırılmış inkişaf prosesləri vasitəsilə mövcud liderlərin inkişafını dəstəkləyir.

NEQSOL Holdinqin baş direktoru Yusif Cabbarov deyib:

Biznesimiz üçün çox vacib olan bir sahədə belə bir nüfuzlu mükafata layiq görülmək böyük şərəfdir. Biz işimizin hər bir aspektində mükəmməlliyi təşviq edirik və strateji ambisiyamız bütün təşkilatların regional bazar lideri olması üçün dəstək göstərməkdir. İnsan kapitalı şirkətimizin ən böyük sərvətidir və istedadlı kadrların idarə edilməsi biznes məqsədlərimizə çatmaq üçün vacibdir. Biz fəxr edirik ki, səylərimiz beynəlxalq səviyyədə tanınıb.

NEQSOL Holdinqin İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunc deyib:

“Biz Brandon Hall Group-dan bu Mükəmməllik Mükafatını aldığımız üçün çox həyəcanlıyıq, çünki bu mükafat bizim Gələcək üçün Kadrların Hazırlanması öhdəliyimizi təqdir edir və mükəmməlliyə gedən yolda uğurlarımızı möhkəmləndirməyə kömək edir.”

Rachel Cooke, Brandon Hall Group BƏD və İKİE Mükəmməllik Mükafatları Proqramının rəhbəri:

"2021-ci ildə Brandon Hall Group Mükəmməllik Mükafatları COVID-19 pandemiyası dövründə müstəsna dəstək xidməti göstərmiş təşkilatlara layiq olduqları dəyəri vermişdir. Mükafatlar müştərilər, işəgötürənlər və işçilər üçün heç vaxt bu qədər vacib olmadıqları bir zamanda İKİE-nin bütün sahələrində ən yaxşı təcrübələrin təsdiqini təmin edir."

NEQSOL Holdinq haqqında

NEQSOL Holdinq Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və BƏƏ-də enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti kimi sahələrdə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur. Holdinq 10 000-dən çox əməkdaşdan ibarət peşəkar komandaya malikdir.

Qrupa daxil olan şirkətlərin əksəriyyəti iyirmi ildən artıq fəaliyyət göstərirlər. Holdinq bu şirkətləri çoxşaxəli biznes portfeli yaratmaq üçün bir araya gətirir və nəticədə şirkətlər arasında strateji idarəetmənin və vəhdətin gücləndirilməsinə kömək edir. NEQSOL Holdinq həm yeni coğrafiyalara, həm də biznes sahələrinə daxil olaraq biznes fəaliyyətini genişləndirməyi planlaşdırır.

Brandon Hall Group haqqında

Brandon Hall Group İnsan Kapitalının İdarə Edilməsi üzrə ən böyük və ən uzun müddətli mükafat proqramını həyata keçirir. Müstəqil İKİE araşdırma və analiz firması olaraq, onlar Öyrənmə və İnkişaf, İstedadlı Kadrların İdarə Edilməsi, Liderliyin İnkişafı, Müxtəliflik, Bərabərlik və İnklüzivlik, İstedadlı Kadrların əldə edilməsi və İR/İşçi qüvvəsinin İdarə edilməsi kimi sahələrdə tədqiqatlar aparırlar. Bu tədqiqatlar təşkilatlarda inkişaf və biznes nəticələri üçün cavabdeh olan rəhbərlər və mütəxəssislər üçün strateji informasiya mənbəyidir.

Tədqiqatları qabaqcıl təcrübə ilə birləşdirən Brandon Hall Group qlobal miqyasda 10000-dən çox müştəriyə 29 ildən artıq müddətdə araşdırma və məsləhət xidmətləri təqdim etmişdir. Onun təklifləri üzvlük proqramına əsaslanır ki, bu da araşdırma, müqayisə, məlumatlara və təhlillərə məhdudiyyətsiz giriş imkanı təqdim edir. Üzvlük sayəsində rəhbərlər və mütəxəssislər insanlar, proseslər və sistemlər haqqında düzgün qərarlar qəbul edə bilirlər və bu, araşdırmanı praktik və səmərəli şəkildə həyata keçirməyi hədəfləyən analitik məsləhət xidmətləri ilə təmin edilir.

Brandon Hall Group həmçinin biznes və insan kapitalının idarə edilməsi üzrə mütəxəssislərin öz bacarıqlarını artırması və karyera yüksəlişi üçün peşəkar sertifikatlaşdırmanı həyata keçirir.