NEQSOL Holding wins international awards for NEQSOL Academy and Leadership Development Programs

10.08.2022

NEQSOL Holdinq beynəlxalq təşkilatlar tərəfindən mükafatlandırılan layihələri ilə insanlara sərmayə qoymağa davam edir. NEQSOL Holdinq NEQSOL Akademiyası və Liderliyin İnkişafı Proqramlarına görə bir çox kateqoriyalar üzrə Stevie® Awards layiq görülmüşdür. Ümumilikdə, NEQSOL Holdinq aşağıdakı kateqoriyalar üzrə Böyük Şirkətlər (İş yerləri) üçün 4 Qızıl və 3 Bürünc Stevie Mükafatına layiq görülüb:

  • Ən yaxşı Korporativ Tədris Universiteti (Qızıl)
  • Korporativ Tədris Universiteti üçün Ən Yaxşı Strategiya (Qızıl)
  • Mobil Öyrənmənin Ən Yaxşı Tətbiqi (Qızıl)
  • İcraçı şəxslərin İnkişafı üzrə Nailiyyət (Qızıl)
  • Kouçinq və Mentorluq üzrə Nailiyyət (Bürünc)
  • Liderliyin İnkişafı üzrə Nailiyyət (Bürünc)
  • İnnovativ Liderlik Proqramı (Bürünc)

Böyük Şirkətlər (İş yerləri) üçün Stevie® Mükafatları dünyanın ən yaxşı iş yerlərini təltif edən beynəlxalq biznes mükafatlarıdır. Bu il 26 ölkədən olan 950-dən çox müxtəlif ölçülü təşkilat İR ilə bağlı geniş kateqoriyalar üzrə müraciət etmişlər. Böyük Şirkətlər (İş yerləri) üçün Mükafatlar altı nəfərlik münsiflər heyəti tərəfindən dünya üzrə 100-dən çox mütəxəssisin orta balları əsasında təltif edilir.

4 Qızıl Stevie Mükafatı alan NEQSOL Holdinq korporativ universiteti - NEQSOL Akademiyası işçilərin birinci dərəcəli təhsil resurslarına çıxışını asanlaşdıran rəqəmsal öyrənmə platformasıdır. O, işçilər arasında maksimum qarşılıqlı əlaqəni təmin edən effektiv öyrənmə mədəniyyəti yaratmaq üçün 2021-ci ilin fevralında istifadəyə verilib. NEQSOL Akademiyası Harvard Biznes Məktəbi, Skillsoft, Crossknowledge, ADA Universiteti və LinkedIn Learning kimi dünya səviyyəli biznes məktəbləri, agentliklər və akademiyalarla tərəfdaşlıq edir.

NEQSOL Holdinq-in Stevie Mükafatlarına layiq görülmüş digər bir təşəbbüsü olan Liderliyin İnkişafı Proqramları rəhbər kadrların inkişafına dair inteqrasiya olunmuş yanaşmadır. O, həm liderlərin fərdi inkişaf ehtiyacları, həm də Holdinqin strateji prioritetləri, məqsədləri və planları üçün müxtəlif və hərtərəfli proqram və alətləri əhatə edir.

NEQSOL Holdinqin baş direktoru Yusif Cabbarov deyib:

"Bizim peşəkarlardan ibarət komandamız dayanıqlı inkişafın əsas təminatçılarıdır. NEQSOL Akademiyasının fəaliyyətə başlaması NEQSOL Holdinq üçün strateji qərar idi, çünki biz fəaliyyət göstərdiyimiz ölkələrdə əməkdaşlarımızın peşəkar inkişafına sərmayə qoymaq öhdəliyi daşıyırıq. Fəaliyyət göstərdiyimiz ölkələrdə səylərimizin yenidən beynəlxalq səviyyədə tanınması ilə fəxr edirik."

NEQSOL Holdinqin İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunc deyib:

"Biz NEQSOL Holdinq komandasının peşəkar inkişaf təşəbbüslərinin belə bir mötəbər beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirildiyi üçün çox şadıq. İnsan kapitalı Holdinqimiz üçün ən vacib sərvətdir və biz istedadlı kadrları cəlb etmək, saxlamaq və inkişaf etdirmək üçün əlavə dəyər yaradan İR təcrübələrinə yüksək üstünlük veririk. İR komandamız böyük işlər görüb və mükafatlandırılıb. Bu, bizi yeni təşəbbüslər və layihələr irəli sürməyə həvəsləndirir”.

NEQSOL Holdinq Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və BƏƏ-də enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti kimi sahələrdə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur. Holdinq 10 000-dən çox əməkdaşı əhatə edən peşəkar komandaya sahibdir.

Stevie Mükafatları səkkiz proqram üzrə verilir: Asiya-Sakit Okean Stevie Mükafatları, Almaniya Stevie Mükafatları, Yaxın Şərq və Şimali Afrika Stevie Mükafatları, Amerika Biznes Mükafatları®, Beynəlxalq Biznes Mükafatları®, Böyük Şirkətlər(İş yerləri) üçün Stevie Mükafatları, Biznesdə Qadınlar üçün Stevie Mükafatları və Satış və Müştəri Xidmətləri üçün Stevie Mükafatları. Stevie Mükafatı müsabiqələri hər il 70-dən çox ölkədən olan təşkilatlardan 12000-dən çox müraciət alır. İstənilən növdə və ölçüdə olan təşkilatlara və onların əməkdaşlarına təltif edilən Stevies mükafatları bütün dünyada iş yerlərindəki üstün fəaliyyətləri qiymətləndirir.