NEQSOL Holding wins second international award for Succession Readiness Program

31.08.2021

NEQSOL Holdinq Gələcək üçün Kadrların Hazırlanması Proqramına (SRP) görə Gələcək üçün Kadrların Hazırlanması və Karyera İdarəetməsi kateqoriyasında Qızıl Stevie® Mükafatına layiq görülmüşdür. Proqram holdinqin strateji məqsədlərinin reallaşması üçün zəruri olan kadr ehtiyatını təmin etmək məqsədilə NEQSOL Holdinq rəhbərliyi üçün dəyərli, konstruktiv karyera inkişafı imkanları yaradır.

Böyük Şirkətlər(İş yerləri) üçün Stevie® Mükafatları dünyanın ən yaxşı iş yerlərinə təltif olunan beynəlxalq biznes mükafatlarıdır. Gələcək üçün Kadrların Hazırlanması və Karyera İdarəetmə kateqoriyası üzrə iş yerində tətbiq edilən strategiyalar, eləcə də karyera ardıcıllığına və əsas kadrların idarə olunmasına dair təşkilatın rəhbərliyinin yanaşmaları qiymətləndirilir.

Bu, NEQSOL Holdinqin son həftələr ərzində SRP proqramına görə qazandığı ikinci beynəlxalq mükafatdır. SRP proqramı holdinqdə yüksək məmnunluq və müvəffəqiyyət dərəcəsinə görə münsiflər tərəfindən qiymətləndirilib. NEQSOL Holdinq proqramın müxtəlif biznes funksiyaları və ərazilər arasında uğurlu inteqrasiyası üçün də yüksək qiymətləndirilib.

NEQSOL Holdinqin İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunc deyib:

"Belə bir mötəbər beynəlxalq təşkilat tərəfindən Gələcək üçün Kadrların Hazırlanması Proqramımızın təltif olunması bizi çox sevindirir. Böyüdükcə və genişləndikcə, holdinqimizin inkişafına dəstək verə biləcək güclü, dəstəkçi və vicdanlı liderlər yetişdirmək öhdəliyimizə sadiq qalırıq. İnsan Kapitalı bizim ən böyük sərvətimizdir və biz daim komandamızın güclü liderlərdən dəstək almasını istəyirik.

NEQSOL Holdinq haqqında

NEQSOL Holdinq Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və BƏƏ-də enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti kimi sahələrdə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur. Holdinq 10 000-dən çox əməkdaşdan ibarət peşəkar komandaya malikdir. Qrupa daxil olan şirkətlərin əksəriyyəti iyirmi ildən artıq fəaliyyət göstərirlər. Holdinq bu şirkətləri çoxşaxəli biznes portfeli yaratmaq üçün bir araya gətirir və nəticədə şirkətlər arasında strateji idarəetmənin və vəhdətin gücləndirilməsinə kömək edir. NEQSOL Holdinq həm yeni coğrafiyalara, həm də biznes sahələrinə daxil olaraq biznes fəaliyyətini genişləndirməyi planlaşdırır.

Stevie® Mükafatları haqqında

Stevie Mükafatları səkkiz proqram üzrə verilir: Asiya-Sakit Okean Stevie Mükafatları, Almaniya Stevie Mükafatları, Yaxın Şərq və Şimali Afrika Stevie Mükafatları, Amerika Biznes Mükafatları®, Beynəlxalq Biznes Mükafatları®, Böyük Şirkətlər(İş yerləri) üçün Stevie Mükafatları, Biznesdə Qadınlar üçün Stevie Mükafatları və Satış və Müştəri Xidmətləri üçün Stevie Mükafatları. Stevie Mükafatı müsabiqələri hər il 70-dən çox ölkədən olan təşkilatlardan 12000-dən çox müraciət alır. İstənilən növdə və ölçüdə olan təşkilatlara və onların əməkdaşlarına təltif edilən Stevies mükafatları bütün dünyada iş yerlərindəki üstün fəaliyyətləri qiymətləndirir.