NEQSOL Academy & CIPS
NEQSOL Academy x CIPS | Satınalmaların İnkişafı Proqramı
Davamlı peşəkar inkişaf və mükəmməl fəaliyyət öhdəliyimizin bir hissəsi olaraq, NEQSOL Akademiyası Akkreditə olunmuş Satınalma və Təchizat İnstitutu (CIPS) ilə əməkdaşlıq şəraitində Satınalmaların İnkişafı üzrə strukturlaşdırılmış Proqram təqdim edir.
Bu əməkdaşlıq sayəsində NEQSOL Holdinq əməkdaşları dünya səviyyəli satınalma təlimləri əldə edir, habelə qlobal səviyyədə tanınmış qabaqcıl təcrübələr, etik standartlar və strateji satınalma imkanları ilə tanış olurlar.
Proqram aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuşdur:
- İlkin səviyyədən inkişaf etmiş səviyyəyə qədər bütün səviyyələrdə satınalma biliklərinin təkmilləşdirilməsi
- Strateji satınalma, təchizatçıların idarə edilməsi və müqavilə üzrə danışıq aparmaq bacarıqlarının təkmilləşdirilməsi
- Etik satınalma təcrübələrinin və risklərin idarə edilməsinin təşviqi
- Satınalma əməliyyatlarının qlobal standartlara və biznes məqsədlərinə uyğunlaşdırılması
- İşçilərin beynəlxalq səviyyədə tanınan CIPS sertifikatlaşmasına hazırlanması
Mütəxəssislər tərəfindən aparılan təlimlər, interaktiv təlim materialları və real nümunələr vasitəsilə iştirakçılar təşkilat daxilində satınalma funksiyaları üzrə dəyər, səmərəlilik və innovasiya kimi keyfiyyətləri inkişaf etdirmək imkanı əladə edirlər.
Bu təşəbbüs komandalarımızın getdikcə mürəkkəbləşən qlobal təchizat zənciri mühitində lazım olan bilik və səriştələrə yiyələnməsini təmin edərək, NEQSOL Akademiyasının bu sahədə strateji fokusunu vurğulayır.