Leadership Excellence and Acceleration Program

L.E.A.P. – Üstün Liderlik və Sürətləndirmə Proqramı təşkilatımız daxilində formalaşan liderlərin karyera inkişafını müəyyən etmək, gücləndirmək və sürətləndirmək üçün nəzərdə tutulmuş transformasiya xarakterli liderliyin inkişafı proqramıdır. Bu təşəbbüs fərdi inkişafı və yüksək peşəkarlığı təşviq edərkən uzunmüddətli kadr planlamasını dəstəkləyir.

Əsas üstünlüklər

İşçilər üçün:

  • Karyerada sürətlə irəliləmə imkanları
  • Fərdiləşdirilmiş inkişaf planları və bacarıqların artırılması
  • Qrup şirkətləri daxilində beynəlxalq səviyyədə hərəkət mkanları
  • Holdinq daxilində tanınma və daha çox qiymətləndirilmə

İşəgötürən üçün:

  • Güclü kadr bazası
  • Yüksək potensiallı işçilərin şirkətdə saxlanması
  • Qəfil dəyişikliklərə qarşı təşkilati dayanıqlıq

İnkişaf Səyahəti(yolu) – 2 İllik Liderlik Transformasiyası

L.E.A.P. 2.0 proqramı yüksək potensiallı işçilərin yetişdirilməsi və daha sürətli inkişafı üçün nəzərdə tutulmuş hərtərəfli inkişaf yolu təklif edir. İştirakçılar çarpaz funksional rotasiya, mentorluq, kouçinq, formal təhsil və müstəqil öyrənmə kimi imkanlardan faydalanacaqlar.

LEAP Mobility(hərəkət imkanları)

İştirakçılara NEQSOL Qrupun müxtəlif departamentləri və biznes strukturları arasında çarpaz funksional iş təcrübəsi təqdim etməklə peşəkar inkişafı sürətləndirən strateji rotasiya proqramı. Bu rotasiya uyğunlaşma qabiliyyətini artırır, təşkilat daxilində anlayışı genişləndirir və liderlik çevikliyini formalaşdırır.

LEAP Forward(İrəliyə doğru): Mentorluq Proqramı

Təcrübəli mütəxəssislər tərəfindən davamlı yönləndirmə və bilik mübadiləsi vasitəsilə gələcək liderlərin potensiallarının maksimum dərəcədə artırılması üçün nəzərdə tutulmuş mentorluq təşəbbüsü. Bu proqram peşəkar inkişafı, inamı və aydın karyera yolunu təşviq edir.

LEAP for Beyond(Hüdudları aşmaq): Fərdi kouçinq

Rəqəmsal kouçinq platforması vasitəsilə həyata keçirilən intensiv kouçinq zamanı iştirakçılar 25 ölkədən olan 300-dən çox beynəlxalq sertifikatlı kouçinq mütəxəssisi ilə işləmək imkanı əldə edirlər. Bu fərdiləşdirilmiş kouçinq təcrübəsi liderlik düşüncə tərzini gücləndirməyə və real transformasiyanı idarə etməyə kömək edir.

Kadrlar üçün sürətləndirmə proqramı

SDA Bocconi İdarəetmə Məktəbi ilə birgə yaradılmış və Liderlik bacarıqlarının və sosial bacarıqların inkişafını sürətləndirmək üçün nəzərdə tutulmuş bir illik hibrid inkişaf proqramı. Buraya aşağıdakılar daxildir:

  • 5 ixtisaslaşmış modul
  • Onlayn təlim məzmunu
  • Liderlik və bacarıqların qiymətləndirilməsi
  • Birgə qrup işi
  • Layihə təqdimatları

Bu proqram praktik tətbiq və nəticələrin əldə edilməsi üçün hazırlanmışdır.

Onlayn Liderlik Kursları

Aparıcı rəqəmsal öyrənmə platformaları ilə birlikdə NEQSOL Akademiyası tərəfindən təqdim edilən onlayn modullar. Bu kurslar əsas liderlik səriştələrini hədəfə alır və iştirakçılara imkan verir ki, gələcək üçün kritik bacarıqları özlərinə uyğun tempdə inkişaf etdirsinlər.