Bakıda Peerstack Academy-nin 3-cü qəbul mərhələsi üçün qeydiyyat açılır

28.08.2025

NEQSOL Academy, Peerstack Academy-nin 3-cü kohortu üçün qeydiyyatın artıq açıldığını məmnuniyyətlə elan edir.

Akademiya, gələcək İT mütəxəssislərinə full-stack proqramlaşdırma üzrə intensiv və praktiki təcrübəyə əsaslanan təhsil təqdim edir. Tədris beynəlxalq ekspertiza və layihə əsaslı öyrənmə yanaşması ilə dəstəklənir.

Tələbələr üçün əsas üstünlüklər

✅ 100%-ə qədər təqaüd dəstəyi
✅ Bütün tələbələrə kompüter avadanlığının təmin edilməsi
✅ Ruby, JavaScript, React, PostgreSQL və REST API-lər üzrə full-stack development təlimi
✅ Peer-to-peer (biliklərin qarşılıqlı paylaşımı) öyrənmə imkanı
✅ Məzun olduqdan sonra yerli və beynəlxalq şirkətlərdə iş imkanı

Müraciətlər artıq açıqdır: Müraciət et


Peerstack Academy haqqında

Peerstack Academy, NEQSOL Academy tərəfindən Təhsilin İnkişafı Fondu və Technology SNI ilə əməkdaşlıqda Bakıda yaradılmış yeni texnologiya təhsil mərkəzidir. Akademiya Qwasar Silicon Valley-nin beynəlxalq səviyyədə tanınan İT proqramlarını Azərbaycana gətirir.

Azərbaycan Texniki Universitetində yerləşən proqram layihə əsaslı və praktiki öyrənməyə fokuslanır, tələbələrə aşağıdakı imkanları yaradır:

  • Sənaye standartlarına uyğun texnologiyalarla praktiki təcrübə qazanmaq
  • Real layihələrdən ibarət portfolio hazırlamaq
  • Beynəlxalq akkreditasiyaya malik iki diplomla məzun olmaq

NEQSOL Holding təhsil xərclərinin 70%-ni qarşılayaraq proqramı daha geniş tələbə kütləsi üçün əlçatan edir. Peerstack Academy Azərbaycanda artan İT mütəxəssisi tələbatını qarşılayır və məzunları qlobal imkanlara, eləcə də NEQSOL Holding şirkətlərində potensial iş imkanlarına hazırlayır.

Bakida Peerstack Academy-nin 3-cu qebul merhelesi ucun qeydiyyat acilir