Toghrul Ahmadov

Chief Legal Officer

Toğrul Əhmədov enerji sahəsində 20 ildən artıq təcrübəyə malik hüquq və uyğunluq məsələləri üzrə mütəxəssisdir.

Cənab Əhmədov NEQSOL Holdinqin Hüquq Məsələləri üzrə Baş Direktorudur və holdinqin hüquqi, korporativ idarəetmə və uyğunluq işləri üçü cavabdehdir.

Əvvəllər cənab Əhmədov BP-də uzun müddət hüquq məsləhətçisi və regional etika və uyğunluq üzrə menecer vəzifələrində çalışıb. Bu vəzifələrdə o, hüquq məsləhəti, araşdırma, aidiyyatı tərəflərin idarə edilməsi, korporativ idarəetmə və normativ tələblərə uyğunluq məsələləri ilə məşğul olub. Cənab Əhmədov böyük transmilli layihələrdə, o cümlədən TANAP və Şahdəniz layihəsinin 2-ci Mərhələsində fəal iştirak edib.

Cənab Əhmədov 2005-ci ildə Bakı Dövlət Universitetində təhsil alıb. Bundan əlavə, müxtəlif beynəlxalq kursları və təlim proqramlarını uğurla başa vurmuşdur.

Tövsiyə olunan kitablar
Matthew Syed-in Qara Qutu Düşüncəsi
Daniel Kahnemanın Tez və Yavaş Düşünmək